Xəzər Xəbər

Rusiya Prezidentinin Türkiyəyə səfəri planlaşdırılır

Dünya | 15:07 • 14 Dekabr 2023
Rusiya Prezidentinin Türkiyəyə səfəri planlaşdırılır

Gələn ilin əvvəllərində Rusiya Prezidentinin Türkiyəyə səfəri planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Vladimir Putin birbaşa bağlantı zamanı türkiyəli jurnalistə açıqlamasında bildirib.

Qəzza bölgəsində vəziyyətə də münasibətini bildirən Rusiya Prezidenti deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzada vəziyyətin bərpasında xüsusi liderlik rolunu qeyd etmək istəyirəm. O, sözsüz ki, bu faciəyə diqqəti cəlb edən və vəziyyətin yaxşılığa doğru dəyişməsi, uzunmüddətli sülh üçün şərait yaradılması üçün əlindən gələni edən dünya liderlərindən biridir. Bu, aydındır. Allah ona cansağlığı versin”.

V.Putin Qəzzada baş verənləri “faciə” adlandırıb və vurğulayıb ki, Rusiya da Türkiyə kimi hesab edir ki, Fələstində paytaxtı Şərqi Qüds olmaqla dövlət qurulmalı, İsrail-Fələstin münaqişəsinin həlli üçün fundamental zəmin yaradılmalıdır.

“Biz Prezident Ərdoğanla bu məsələlərlə bağlı daim əlaqədəyik. Bizim mövqelərimiz oxşardır. Düşünürəm ki, biz onunla görüşə biləcəyik”, - deyə V.Putin qeyd edib.

Rusiya Prezidenti əlavə edib ki, bir müddət əvvəl Türkiyəyə səfəri planlaşdırılmışdı: “Prezident Ərdoğanın qrafiki ilə əlaqədar səfər baş tutmadı. Ümid edirəm ki, gələn ilin əvvəllərində Türkiyəyə səfərimi həyata keçirə biləcəyəm”.

Xəbər lenti

Çox oxunanlar