Xəzər Xəbər

Paşinyan: İrəvan Azərbaycan və Türkiyə ilə kommunikasiyanı bərpa etməyə hazırdır

Dünya | 14:51 • 14 Dekabr 2023
Paşinyan: İrəvan Azərbaycan və Türkiyə ilə kommunikasiyanı bərpa etməyə hazırdır

Ermənistan “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqələrini bərpa etməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə İrəvanda dənizə çıxışı olmayan ölkələrin nazirləri ilə görüşündə deyib.

“Biz regional kommunikasiya xətlərinin açılması üçün konkret addımlar atmağa hazırıq. Ermənistanın təşəbbüsü ilə həyata keçirilən “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində Azərbaycanla dəmiryol əlaqəsini bərpa edə bilərik”, - deyə Nikol Paşinyan bildirib. O, həmçinin İrəvanın Türkiyə ilə dəmiryol əlaqəsini və əvvəllər istismarda olan iki avtomobil yolunu da bərpa etməyə hazır olduğunu vurğulayıb.

“Bütün bunlar regionda iqtisadi, mədəni, siyasi əlaqələr və qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edəcək. Kommunikasiyalar, hava yolları, boru kəmərləri və elektrik xətləri keçəcəyi ölkələrin suverenliyi altında olmalıdır”, - deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, hər bir ölkə öz ərazisində sərhəd və gömrük nəzarətini, eləcə də infrastrukturun, daşınan malların və sərnişinlərin təhlükəsizliyini təmin etməlidir.

Xəbər lenti