Xəzər Xəbər

Nümayəndələr Palatası Co Baydenin impiçment sorğusuna dair qətnaməni dəstəkləyib

Dünya | 09:45 • 14 Dekabr 2023
Nümayəndələr Palatası Co Baydenin impiçment sorğusuna dair qətnaməni dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, səsvermə ABŞ-nin qanunverici orqanının rəsmi saytında yayımlanıb.

Nümayəndələr Palatasının Respublikaçılar Qrupu tərəfindən təqdim edilən qətnamə Palatanın Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər və Məhkəmə komitələrini Amerikanın hazırkı Prezidentinə impiçment elan etmək üçün kifayət qədər əsasların olub-olmaması ilə bağlı araşdırmalarını davam etdirməyə istiqamətləndirəcək.

Xəbər lenti

Çox oxunanlar