Xəzər Xəbər

İlon Mask universitet açmağı planlaşdırır

Dünya | 08:15 • 14 Dekabr 2023
İlon Mask universitet açmağı planlaşdırır

“SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

Xezerxeber.az “Bloomberg”ə istinadla xəbər verir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, “etməklə öyrənmə”, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.

Qeyd edək ki, Ostin şəhəri həm də İlon Mask tərəfindən qurulan “Tesla”nın qərargahının yerləşdiyi yerdir.

Xəbər lenti