Ermənistan nümayəndə heyəti dekabrın 19-da Moskvada keçirilməsi planlaşdırılan KTMT Parlament Assambleyasının iclasında iştirak etməyəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Tsovinar Xaçatryan məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası (KTMT PA) Şurasının və KTMT PA-nın 16-cı plenar iclasında iştirak etməyəcək.
Mətbuat katibi, həmçinin bildirib ki, Simonyan bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmi məlumat verib.