ABŞ-nin hegemonluğuna söykənən dünya düzəni sona yetir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. “Amerikamərkəzli dünya düzəni sona yetir, əvəzində, o cümlədən beynəlxalq iqtisadi münasibətlərdə də müxtəliflik dövrü başlayır”, - deyə o vurğulayıb.
D.Peskov, həmçinin qeyd edib ki, Rusiya ABŞ sanksiyalarının uzunmüddətli olacağına şübhə etmir və iqtisadi sahədə, habelə beynəlxalq münasibətlərdə öz siyasətini bu sanksiyalara uyğun qurur.
Kremlin rəsmi nümayəndəsi Braziliya OPEK+ formatına daxil olduqdan sonra da Rusiyanın üzv ölkələrlə fəaliyyətini davam etdirəcəyini bildirib.