Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona işgüzar səfərə gedəcək.
Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər 2 dekabr tarixinə planlaşdırılıb.
Səfər zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı gündəliyinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl Qriqoryan Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olmuşdu.