Qəzza sektorunda atəşkəs rejimi sona çatıb. İsrail ordusu HƏMAS hərəkatına qarşı döyüş əməliyyatlarını bərpa etdiyini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, İsrail ordusu bu barədə özünün sosial media hesabında məlumat yayıb.
SAXAL HƏMAS hərəkatını atəşkəsin şərtlərini pozmaqda və İsrail ərazisini atəşə tutmaqda ittiham edərək Qəzza sektorunda hərbi əməliyyatların bərpa olunduğunu rəsmən elan edib.
Xatırladaq ki, noyabrın 24-də HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs rejimi qüvvəyə minib. Sonradan atəşkəs daha bir neçə gün uzadılıb. Noyabrın 28-də tərəflər beşinci girovlar qrupunu azadlığa buraxıblar. Dünən isə Təl-Əviv bütün girovların azad olunacağı təqdirdə atəşkəs rejimini uzadacağını bildirib.