Xəzər Xəbər

Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr QURAŞDIRDI SAZİŞƏ XİTAM VERİLDİ

Dünya | 17:30 • 30 Noyabr 2023
Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr QURAŞDIRDI

Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli Yle İctimai Televiziyası məlumat yayıb.

“Sərhəddə qoşa maneələr quraşdırılıb. Hazırda sərhəd-keçid məntəqələri bağlıdır. Dövlət sərhədində, eləcə də ölkə daxilində maneələr quraşdırılıb. İnsanlar gəlsə, Finlandiyaya qanuni şəkildə daxil olmaları üçün düzgün istiqamətə göndərəcəyik”, - deyə Finlandiya Sərhəd Mühafizə Xidmətinin komandir müavini Jukki Lukkari bildirib.

Finlandiya Nazirlər Kabineti miqrantların nəzarətsiz gəlişi ilə əlaqədar dekabrın 13-dək Rusiya ilə quru sərhədində yerləşən bütün səkkiz avtomobil keçid məntəqəsini bağlayıb.

Finlandiya hökuməti bu gün Rusiya ilə sərhədyanı əməkdaşlığa dair sazişə də xitam verib. Rəsmi Helsinski oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını və sazişi ləğv etmək üçün öz qətnaməsini dəstəklədiyini bildirib. Qərarın 2024-cü il yanvarın 24-dən qüvvəyə minəcəyi açıqlanıb.

Qeyd edək ki, Finlandiya-Rusiya quru sərhədinin uzunluğu təqribən 1,3 min kilometrdir və bu həm də Avropa İttifaqı və NATO-nun şərq sərhədidir. Sərhəddə avtomobil nəqliyyatı məntəqələrinə əlavə olaraq, Vainikkala adlı bir yük dəmir yolu keçid məntəqəsi də fəaliyyət göstərir.

Xəbər lenti