Xəzər Xəbər

Paşinyanın səlahiyyətləri artırıldı

Dünya | 15:50 • 30 Noyabr 2023
Paşinyanın səlahiyyətləri artırıldı

Ermənistanda bundan sonra Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbərini və onun müavinini prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edəcək.

Xezerxeber.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə qərar hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Planlaşdırılan dəyişikliklərin qəbulundan sonra MTX-nin direktoru və onun müavinləri dövlət vəzifələrini, Milli Təhlükəsizlik Xidmətinin qalan zabitləri isə hərbi vəzifələri tutacaqlar.

Layihə təcili hesab edilib və parlamentə göndəriləcək.

Xəbər lenti