Tbilisidə səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə regionda baş verən hadisələr və mövcud təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Cənubi Qafqaz regionunun davamlı inkişafı, sülh və əməkdaşlığın gücləndirilməsi, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət və digər istiqamətlərdə regional dialoqun vacibliyi vurğulanıb.