Xəzər Xəbər

Roma Papası Qəzzada atəşkəsin davamlı olmasını istəyir

Dünya | 17:34 • 29 Noyabr 2023
Roma Papası Qəzzada atəşkəsin davamlı olmasını istəyir

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Qəzzada əldə edilən mövcud atəşkəsin davamlı olmasına ümidvar olduğunu deyib.

Xezerxeber.az xəbər verir ki, Papa Fransisk müharibə ilə əlaqədar müqəddəs torpaqlarda və Ukraynada baş verənlərdən narahatlığını dilə gətirib. O, insanları Yaxın Şərqdə davam edən ciddi vəziyyətlə bağlı dua etməyə səsləyib, müharibədə günahsız insanların əzab çəkdiyini qeyd edib.

Pontifik davamlı sülhün əldə olunmasının vacibliyini bildirib. Girovların azad edilməsinin və lazımi humanitar yardımlara çıxışın təmin olunmasının əhəmiyyətini bir daha vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar