Xəzər Xəbər

NATO və Ukrayna əməkdaşlıq proqramı imzalayıb

Dünya | 16:52 • 29 Noyabr 2023
NATO və Ukrayna əməkdaşlıq proqramı imzalayıb

NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna-NATO Şurası xarici işlər nazirlərinin iclasının bəyanatında qeyd olunub. 

Bəyanata əsasən, həmin proqrama Ukrayna Silahlı Qüvvələrinin hazırlığı və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi də daxildir.

“NATO və Ukrayna artıq birgə işləyir və bərabərhüquqlu şəkildə geniş spektrli məsələlər, enerji təhlükəsizliyi, innovasiyalar, kibermüdafiə üzrə qərarlar qəbul edirlər”, - deyə bəyanatın mətnində qeyd olunub.

Xəbər lenti