Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində növbəti sazişdən çıxıb.
Xezerxeber.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin müvafiq fərmanı Prezident Ofisinin rəsmi saytında dərc edilib.
Fərmana əsasən, Ukrayna MDB-yə üzv dövlətlər arasında hərbi qulluqçuların sosial və hüquqi təminatları haqqında Sazişdən çıxıb.