Ən azı 200 yük maşını humanitar yardım, dörd çən yanacaq və dörd çən məişət qazı ilə Rəfah keçid məntəqəsindən keçərək Qəzza zolağına gəlib.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərin əlaqələndirilməsi departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, humanitar yardım Fələstin anklavının şimal və cənub bölgələrinə çatdırılıb. Buraya ərzaq, içməli su, ilkin tələbat malları və dərmanlar daxildir.