Xəzər Xəbər

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Dünya | 11:16 • 26 Noyabr 2023
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Keniyada noyabrın ortalarından bəri yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı durmadan artır.

Xezerxeber.az xəbər verir ki, Keniya Prezidenti Uilyam Ruto açıqlamasında həddindən artıq yağışın səbəb olduğu daşqınlarda 70 nəfərin həyatını itirdiyini bildirib.

Fəlakətin yaratdığı dağıntılar səbəbilə "fövqəladə vəziyyət" elan etdiklərini bildirən Ruto, indiyədək on minlərlə insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, bir çox bölgədə yolların dağıldığını qeyd edib.

Keniya Prezidenti təbii fəlakətdən zərər çəkənlərə kömək məqsədilə bütün bölmələrdə işlərin davam etdiyini bildirib və bunun üçün dövlət büdcəsindən 15 milyon dollar vəsait ayırıldığını söyləyib.

Qeyd edək ki, qonşu ölkə Somalinin bəzi bölgələrində 96 nəfərin həyatına son qoyan daşqınların ardından “fövqəladə vəziyyət” elan edilib.

Xəbər lenti

Çox oxunanlar