İsrail və HƏMAS arasında əsir mübadiləsi çərçivəsində İsrail həbsxanasında saxlanılan 39 fələstinli azad edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Ofer həbsxanasında olan 39 fələstinlinin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtobusla işğal altındakı İordan çayının qərb sahilindəki Bireh şəhəri və Qüdsə doğru yola düşdüyü bildirilir.
Qeyd edilir ki, azad edilənlərdən 33-ü uşaq, 6-sı qadındır.