Moskvada “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti bərpa edilib.
Xezerxeber.az-ın xəbərinə görə, hava limanlarına təyyarələr enməyə başlayıb, artıq bir uçuş həyata keçirilib.
09:11
Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.
Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.