İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçuş aparatla (PUA) zərbə endiriblər.
Xezerxeber.az xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan mesajda bildirilib.
Hərəkat ABŞ bazasına hücumu “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.
Qeyd olunub ki, PUA nəzərdə tutulan hədəfi vurub.