Xəzər Xəbər

Ukrayna Prezident Ofisi: “Gələn il müharibə üçün həlledici olacaq”

Dünya | 14:50 • 14 Noyabr 2023
Ukrayna Prezident Ofisi: “Gələn il müharibə üçün həlledici olacaq”

“Gələn il müharibə üçün həlledici olacaq”.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı deyib.

O söyləyib ki, savaşda dönüş nöqtəsi yaxınlaşır.

A.Yermak, həmçinin ABŞ və Avropaya çağırış edib. Prezident Ofisinin rəhbəri Qərbi Ukraynaya əlavə silah-sursat, xüsusən də hava hücumundan müdafiə sistemləri verməyə səsləyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir.

Xəbər lenti

Çox oxunanlar