Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden noyabrın 15-də San-Fransiskoda görüşəcək.
Çin mediası yazır ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı çərçivəsində baş tutacaq.
Məlumata görə, bu, ötən ilin noyabrında G20 qrupunun İndoneziyadakı zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq.
Çin rəsmi mediası yazır ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də Birləşmiş Ştatlarda səfərdə olacaq.