İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən “Kartel" əməliyyatı nəticəsində İtaliya və Albaniya tərəfindən beynəlxalq axtarışa verilmiş Dritan Rexhepi adlı şəxs saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Məlumatda saxlanılan şəxsin rəhbərlik etdiyi “Kompanio Bello" adlı qruplaşmanın Cənubi Amerikadan Avropaya narkotik maddə daşımaqla məşğul olduğu bildirilir. O, qəsdən adamöldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, adam oğurluğu, azadlıqdan məhrumetmə, səyahət sənədlərinin, silah-sursatın saxtalaşdırılması kimi cinayətlərə görə ölkəsinə ekstradisiya edilməsi şərti ilə beynəlxalq axtarışa verilib.
Həmin şəxsin İstanbul hava limanından Türkiyəyə Benjamin Omar Perez Qarsia adına rəsmiləşdirilmiş Kolumbiya pasportu ilə daxil olduğu müəyyən edilib.