Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 85 illiyi ilə əlaqədar Anıtqəbiri ziyarət edərkən deyib.
“Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha sizi və silahdaşlarınızı, vətənimiz üçün şəhid düşən oğullarımızı və eyni ideologiya üçün qanlarını axıdan qazilərimizi rəhmətlə yad edirik. İlk əsrini böyük bir qürurla geridə qoyduğumuz və ikinci əsrinə qədəmlədiyimiz cümhuriyyətimizi qalib və müzəffər etmək üçün 21 ildir olduğu kimi, bu gün də əzmlə çalışırıq.
Məzlumların ümidi, kimsəsizlərin kimsəsi və vətəndaşlarının qüruru olan Türkiyə Respublikasını hər sahədə inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək. Ruhun şad olsun!”, - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, bu gün Mustafa Kamal Atatürkün vəfatının 85-ci il dönümüdür.