Qərb ölkələri Fələstinin radikal HƏMAS hərəkatının gəlir yollarını kəsmək üçün koordinasiyalı səylər göstərmək niyyətindədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmisi Uolli Adeyemo məlumat verib.
ABŞ-nin HƏMAS təşkilatına qarşı sanksiyaları sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran o, "Cavab bəlidir. HƏMAS-a qarşı daha çox tədbir görəcəyik" deyib. Eyni zamanda, Adeyemo oxşar addımların ABŞ-nin müttəfiqləri və tərəfdaşları tərəfindən də həyata keçiriləcəyini açıqlayıb. Lakin təfərrüatlara varmayıb.