ABŞ-də həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər.
Xezerxeber.az xəbər verir ki, bu bardə Nyu Yorkun Langone Universitetinin (NYULH) saytında məlumat yayılıb.
“NYULH-dan olan cərrahlar qrupu iş zamanı yüksək gərginlikli elektrik cərəyanı zədəsi alan Arkanzasdan olan 46 yaşlı hərbi veteran üzərində dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib” – deyə bildirilib.
Mayın 27-də keçirilən əməliyyatda 140-dan çox cərrah və tibb bacısı iştirak edib. Köçürülən göz bu müddət ərzində “sağalma əlamətləri” göstərib, lakin xəstənin onunla görə biləcəyi hələ məlum deyil. Kişinin, həmçinin sol qolunun, yanağının, çənəsinin, burnunun, dodaqlarının və ön dişlərinin bir hissəsini itirdiyi bildirilir.
Məlumatda qeyd olunub ki, bu, dünyada yeganə uğurlu kombinə edilmiş transplantasiyadır.