Volodimir Zelenski öz ofisinə 2024-cü ildə Ukraynada keçiriləcək prezident seçkilərinə hazırlığa başlamağı tapşırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
"Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək qərarına gəlib. O, prezident aparatına 2024-cü il martın 31-də keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağı tapşırıb", - deputat "Espresso" telekanalının efirində deyib.
Prezident Administrasiyası məlumatı şərh etməyib.