ABŞ-nin Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.
Xezerxeber.az “TRT Haber”ə istinadla xəbər verir ki, Hakan Fidan ilə Antoni Blinken arasında noyabrın 6-da baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.