Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli və iordaniyalı həmkarları Sami Şükri ilə Eymen Safedi arasında telefon danışıqları olub.
Xezerxeber.az xəbər verir ki, telefon danışıqları Türkiyənin İsrail ilə Fələstin arasında davam edən qarşıdurmanın sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər çərçivəsində baş tutub. Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Hakan Fidanın misirli həmkarı ilə telefon söhbətində bölgəyə humanitar yardımların fasiləsiz və davamlı çatdırılmasının vacibliyi vurğulanıb.