Türkiyənin Aydın vilayətində sel nəticəsində iki nəfər həlak olub.
Xezerxeber.az-ın yerli mediaya istinadən məlumatına görə, ötən gecədən başlayan güclü yağış Söke, Koçarlı, Karpuzlu və Çine rayonlarında selə səbəb olub.
Məlumata əsasən, sel nəticəsində iki nəfər iktin düşüb. Onların axtarışları davam edir.
Aydın vilayətinin qubernatoru Yakup Canbolat seldən zərər çəkmiş bölgələrə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), jandarma və polis əməkdaşlarının cəlb olunduğunu bildirib.