Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi hava əməliyyatında 15 hədəfi məhv edib.
Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub: “BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraqın şimalındakı Hakurk bölgəsində hava əməliyyatı həyata keçirilib. Nəticədə mağaralar, sığınacaqlar və anbarlar da daxil olmaqla ümumilikdə 15 hədəf anbarlar məhv edilib”.