ABŞ-nin dövlət katibi Antoni Blinken noyabrın 5-də Türkiyəyə səfər edəcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Blinkenin Türkiyənin dövlət rəsmiləri ilə noyabrın 6-da keçiriləcək görüşündə İsrail-Fələstin münaqişəsində son vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə olunması gözlənilir.
Səfər iki gün davam edəcək.