Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya ilə problemləri konstruktiv şəkildə müzakirə etmək və dostcasına irəliləmək niyyətini bəyan edib.
Xezerxeber.az xəbər verir ki, o, bu barədə büdcə müzakirələri zamanı bildirib.
“Ermənistan-Rusiya münasibətlərində bəzi nəzərəçarpan problemlər var. Çox şey bizi qane etmir, çox şey bizi təəccübləndirir, başa düşdüyüm kimi, Rusiyada da oxşar münasibət var”, - Mirzoyan qeyd edib.