Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.
Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu məsələ ilə bağlı hökumətin iclasında tapşırıq verib.
Ermənistan hökumətinin rəhbərinin sözlərinə görə, bir çox şəxslər vətəndaşlığın alınması üçün müraciət edir və dövlət orqanlarının vəzifəsi bütün prosedurlara uyğun olaraq onlara köməklik göstərməkdir.
Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.