Xəzər Xəbər

Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə yüksəlib

Dünya | 16:00 • 31 Oktyabr 2023
Qəzza zolağında ölənlərin sayı 8525 nəfərə yüksəlib

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 8525 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl Qudra bildirib. 

Həmçinin qeyd olunub ki, Qəzzaya endirilən zərbələrdən 3542 nəfər uşaq, 2187 nəfər qadın həyatını itirib. Yaralananların sayının isə 21543 nəfər olduğu bildirilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu nəticəsində 1538 nəfərdən çox israilli həlak olub.

Xəbər lenti

Çox oxunanlar