Xəzər Xəbər

İsrail Qəzzaya humanitar yardımla bağlı ŞƏRT QOYDU

Dünya | 12:55 • 31 Oktyabr 2023
İsrail Qəzzaya humanitar yardımla bağlı

İsrailin təhlükəsizlik xidmətləri Qəzza zolağına çatdırılan bütün humanitar yardımları yoxlayır və bu yüklərin HƏMAS-ın əlinə keçdiyinə dair hər hansı fakt aşkarlanarsa, yardımların qarşısı alınacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.

"Qida və dərman vasitələri Misirdən daxil olur, yoxlanışdan keçir və İsrailin təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən nəzarət olunur. Çatdırılan bütün yardımlar mülki əhali üçün nəzərdə tutulub. HƏMAS-ın onları götürdüyü aşkarlanarsa, tədarüklər dayandırılacaq", - məlumatda deyilir.

Xəbər lenti