Xəzər Xəbər

Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb

Dünya | 16:49 • 30 Oktyabr 2023
Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb

Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb. Saxlanılan şəxs qətldə ittiham olunur.

Xezerxeber.az “Sputnik Armenia“ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bildirib.

Nazirin sözlərinə görə, digər 10 nəfər isə sərbəst buraxılıb. Qarabağdan köçən ermənilərin bəziləri barəsində cinayət işləri açılıb və həmin işlərlə ölkənin Milli Təhlükəsizlik Xidməti məşğul olur.

Cinayət işlərinin bütün iştirakçılarına Ermənistanı tərk etmək qadağan edilib.

Xəbər lenti

Çox oxunanlar