Xəzər Xəbər

Zelenskinin Ofisinin rəhbəri Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Dünya | 16:37 • 30 Oktyabr 2023
Zelenskinin Ofisinin rəhbəri Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Andriy Yermak "X" hesabında bildirib.

Görüş oktyabrın 28-də Maltada baş tutub.

Ermənistan mətbuatı bildirir ki, görüşdə ikitərəfli əlaqələr və enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Cəmiyyətinin Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.

Xəbər lenti

Çox oxunanlar