Xəzər Xəbər

Dağıstanda baş verənlər kənar müdaxilədir PESKOV

Dünya | 15:25 • 30 Oktyabr 2023
Dağıstanda baş verənlər kənar müdaxilədir

Mahaçqala hava limanında baş verənlər əsasən kənar müdaxilənin nəticəsidir.

Xezerxeber.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Dağıstanda baş vermiş antisemit iğtişaşlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, baş verənlər həm də xarici informasiya təsiri ilə bağlıdır.

“Məlumdur və göz qabağındadır ki, Mahaçqala hava limanı ətrafında dünən baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən, kənar informasiya təsirinin nəticəsidir", deyə Putinin sözçüsü vurğulayıb.

Kreml rəsmisi qeyd edib ki, Qəzza zolağında baş verənlərin - insanların, uşaqların, qocaların, tibb işçilərinin ölümünü əks etdirən televiziya görüntüləri fonunda pis niyyətlilərin vəziyyətdən sui-istifadə etməsi çox asandır.

Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin bu məsələlərə həmişə böyük diqqət göstərib və göstərməkdə davam edir. "Elə keçən həftə o, Rusiya konfessiyalarının liderləri ilə ətraflı görüş keçirdi və burada bu mövzu müzakirə edildi", - deyə Kreml rəsmisi yekunlaşdırıb.

Xəbər lenti

Çox oxunanlar