Xəzər Xəbər

Qəzzada oynanılan oyun xüsusən Türkiyəyə QARŞIDIR ƏRDOĞANIN KÖMƏKÇİSİ

Dünya | 14:00 • 30 Oktyabr 2023
Qəzzada oynanılan oyun xüsusən Türkiyəyə QARŞIDIR

“Qəzzada oynanılan oyun təkcə oradakı fələstinli qardaşlarımıza qarşı oynanılan bir oyun deyil, bütün bölgəyə, xüsusən də Türkiyəyə qarşı bir oyundur. Bu oyunu pozmaq Türkiyənin gələcəyi üçün strateji cəhətdən zəruridir".

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “TRT Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda ən mühüm məsələ bölgədə atəşkəsin təmin edilməsi, qısa müddətdə humanitar yardım dəhlizinin yaradılmasıdır. O, Ankaranın münaqişə ilə bağlı sülh konfransının keçilməsini təklif etdiyini və qarant ölkələr prinsipini irəli sürdüyünü də xatırladıb:

“Bu, Türkiyənin konkret bir təklifidir və bu nöqtədə problemin həlli istiqamətində çox mühüm addımdır. Prezidentimizin vurğuladığı bu mühüm addım kritikdir”.

Xəbər lenti

Çox oxunanlar