Xəzər Xəbər

Türkiyədə yaşayış icazəsi üçün tələblər SƏRTLƏŞDİRİLDİ

Dünya | 18:57 • 29 Oktyabr 2023
Türkiyədə yaşayış icazəsi üçün tələblər

Türkiyə daşınmaz əmlak almaqla yaşayış icazəsi almaq üçün yeni qaydalar tətbiq edib.

Xezerxeber.az-ın xəbərinə görə, Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəldilib.

Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.

Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir.

Xəbər lenti