İsrailin bütün diplomatları oktyabrın 19-da Türkiyəni tərk edib, ona görə də İsrailin xarici işlər naziri Eli Koenin tabeliyində olanlara çağırışını anlamaq çətindir.
Xezerxeber.az xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İsrail diplomatları Türkiyəni hər hansı diplomatik böhrana görə deyil, təhlükəsizlik səbəbi ilə tərk ediblər.
Xatırladaq ki, 28 oktyabr tarixində İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, ölkəsi ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədəki diplomatlarını geri çağırır.