Xəzər Xəbər

HƏMAS İSRAİLƏ şərtini AÇIQLADI

Dünya | 09:32 • 29 Oktyabr 2023
HƏMAS İSRAİLƏ şərtini

"İsrail fələstinli məhbusları azad etsə, biz də əlimizdə olan məhbusları azad edəcəyik".

Xezerxeber.az xəbər verir ki, bu sözləri HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde deyib.

Əllərində çox sayda əsir olduğunu bildirən Ubeyde ilk növbədə İsraildən bu addımə gözlədiklərini qeyd edib: "Düşmən bir anda əsir dosyesini bağlamaq istəsə, bu addımı atsa, biz də buna hazırıq".

Qeyd edək ki, İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar 23 gündür davam edir. HƏMAS tərəfindən əsir götürülənlərin azad edilməsi üçün Qətərin vasitəçiliyi ilə səylər davam edir.

Xəbər lenti

Çox oxunanlar