Xəzər Xəbər

HƏMAS-ın daha bir komandiri ÖLDÜRÜLDÜ

Dünya | 14:12 • 28 Oktyabr 2023
HƏMAS-ın daha bir komandiri

İsrail Müdafiə Qüvvələri ötən gecə hava hücumları nəticəsində HƏMAS-ın Qəzza zolağındakı Dəniz Qüvvələrinin komandiri Ratəb Əbu Sahibanı öldürüb.

Xeserxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Əbu Sahiban oktyabrın 24-də dənizdən İsrailin Zikim və Karmia bölgələrinə hücum cəhdini planlaşdırıb və hücuma rəhbərlik edib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 28-nə keçən gecə HƏMAS-ın hava qüvvələrinin komandiri Asəm Abu Rakabanı öldürüb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib

Xəbər lenti

Çox oxunanlar