Xəzər Xəbər

İranda hicab taxmadığı üçün Əxlaq polisi tərəfindən döyülən yeniyetmə ÖLDÜ

Dünya | 12:04 • 28 Oktyabr 2023
İranda hicab taxmadığı üçün Əxlaq polisi tərəfindən döyülən yeniyetmə

Qeyd edək ki, Armita Gəravənd oktyabrın əvvəlində Tehranda metroda Əxlaq polisi tərəfindən döyülüb və 28 gün komada qalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ilk məlumatı CNN oktyabrın 23-də Armitanın beyin ölümünün baş verdiyinə dair xəbər dərc edib.

“Guardian” iki şahidin sözlərinə istinadən, Armita Gəravəndin metro vaqonuna minərkən qadın polisin onunla mübahisə etməyə başladığını, Armitanın yerə yıxılarkən artıq huşunu itirdiyini yazıb.

“Amnesty International” Armita Gəravəndin Əxlaq polisinin hücumuna məruz qaldıqdan sonra komaya düşdüyünü bildirir.

İran hakimiyyəti isə onun huşunu itirərək yıxılmasının səbəbini təzyiqinin aşağı düşməsi ilə əlaqələndirib.

Xəbər lenti

Çox oxunanlar