Xəzər Xəbər

ABŞ-də 22 nəfəri öldürən, onarla insanı yaralayan şəxs İNTİHAR ETDİ

Dünya | 10:49 • 28 Oktyabr 2023
ABŞ-də 22 nəfəri öldürən, onarla insanı yaralayan şəxs

Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.
 
Qeyd edək ki, oktyabrın 26-da ABŞ-də silahlı insident olub. Silahlı şəxs restoran, mağaza və əyləncə mərkəzinə daxil olaraq atəş açıb. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.

Xəbər lenti

Çox oxunanlar