Xəzər Xəbər

Qəzzanın Dünya ilə ƏLAQƏSİ KƏSİLDİ SON DƏQİQƏ

Dünya | 23:47 • 27 Oktyabr 2023
Qəzzanın Dünya ilə ƏLAQƏSİ KƏSİLDİ

Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib. 

Xezerxeber.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Lin Hastings məlumat verib. 

"Güclü bombardmanlara görə Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib. Müharibənin qaydaları var. Mülki əhali qorunmalıdır", - Hastings qeyd edib. 

Qeyd edək ki, HƏMAS-ın verdiyi açıqlamada İsrailin Qəzza zolağında rabitə şəbəkələrini və interneti kəsdiyi bildirilib.

Qəzza zolağındakı canlı şəbəkə məlumatları internet hərəkətlərini izləyən "NetBlocks" şirkəti tərəfindən sosial media hesabı vasitəsilə paylaşılıb. Məlumatlar göstərirdi ki, İsrailin hücumlarından sonra bölgədə internet bağlantısında böyük çökmə baş verib. 

 

Xəbər lenti