Xəzər Xəbər

Çinin sabiq Baş naziri vəfat edib

Dünya | 09:10 • 27 Oktyabr 2023
Çinin sabiq Baş naziri vəfat edib

Çinin sabiq Baş naziri Li Keçyan 68 yaşında Şanxayda ürəktutmasından vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuatı xəbər yayıb.

Bildirilir ki, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.

Xəbər lenti

Çox oxunanlar