Xəzər Xəbər

Qəzzada 224 əsirin saxlanıldığı təsdiqlənib

Dünya | 15:38 • 26 Oktyabr 2023
Qəzzada 224 əsirin saxlanıldığı təsdiqlənib

Dəqiqləşdirilmiş son məlumata görə, HƏMAS hərəkatı Qəzza sektorunda ən azı 224 nəfəri əsir saxlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Deniel Haqari səhər saatlarında təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, 224 ailə doğmalarının Qəzza sektorunda girov saxlanıldığı barədə bildiriş alıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Xəbər lenti

Çox oxunanlar