Xəzər Xəbər

Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni ittiham irəli sürülüb

Dünya | 15:12 • 26 Oktyabr 2023
Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni ittiham irəli sürülüb

Ermənistanın sabiq müdafiə nazirinə qarşı qiyabi olaraq yeni ittiham irəli sürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata əsasən, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarqsyan mənzil qeydiyyatına düşmək hüququ olmayan hərbi qulluqçulara və orduda xidmət etməyən şəxslərə mənzillərin verilməsində ittiham olunur.

Xatırladaq ki, bundan öncə də Sarqsyan oxşar cinayətdə ittiham olunub və axtarışa verilib.

Sabiq nazir isə bütün baş verənləri siyasi təqib adlandırıb.

Xəbər lenti

Çox oxunanlar