Xəzər Xəbər

Rusiya Paşinyandan izahat gözləyir

Dünya | 14:43 • 26 Oktyabr 2023
Rusiya Paşinyandan izahat gözləyir

Rusiya Ermənistan baş naziri Nikol Paşinyanın “təhlükəsizlik sahəsində münasibətləri şaxələndirmək zəruriyyəti” barədə dediklərinin izahına dair informasiya almaq niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın “The Wall Street Journal” nəşrinə müsahibəsində səsləndirdiyi “İrəvan təhlükəsizlik sahəsində münasibətləri şaxələndirməyə məcburdur” fikri barədə jurnalistlərin sualına belə cavab verib.

“Bu halda biz “The Wall Street Journal” nəşrini ilkin mənbə kimi qəbul etmək fikrində deyilik”, - deyən D.Peskov əlavə edib ki, Moskva bütün informasiyanı Ermənistan tərəfindən alacağına ümid bəsləyir.

Xəbər lenti

Çox oxunanlar